“Rövşən Lənkəranski”nin il mərasimi – AÇIQLAMA

“Rövşən Lənkəranski”nin il mərasimi – AÇIQLAMA
  • Hadisə

  • Lənkəran şəhəri avqustin 17-dən 18-nə keçən gecə İstanbulun Barbarossa bulvarında qətlə yetirilən "qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) öldürülməsinin ildönümünə hazırlaşır.

    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Məlumata görə, Canıyevin qohumları qonaqları qəbul etmək üçün yas çadırlarını Lənkəranın mərkəzi küçəsində qurmaq istəyirlər. Lakin asayiş keşikçiləri onlara yolu bağlayaraq avtomobillərin hərəkətinə mane olmağı qadağan ediblər. Əvəzində yas mərasimini keçirmək üçün mərkəzi küşənin qurtaracağında olan dalandakı xüsusi yerı təklif ediblər.

    Lənkəranskinin qəbrini ziyarət etməyə kriminal dünyasının nümayəndələrinin də gələcəyi bildirilir. Analoji vəziyyət 2006-cı ilin 7 aprelində Moskvadakı Leninqrad prospektində qətlə yetirilmiş "qanuni oğru” Hikmət Muxtarovun (Sabirabadlı Hikmət) dəfni zamanı yaranmışdı. Muxtarovla vida mərasiminə aralarında çox sayda kriminal avtoritetin də olduğu 1,5-2 min nəfər gəlmişdi.

    "Gələcək avtoritetlər, qanunla təqib olunmayan şəxslər ola bilər. Əgər onların üzərində cinayət məsuliyyəti yoxdursa, istənilən ölkənin sərhəddini sərbəst şəkildə keçə bilərlər. Biz düşünmürük ki, Lənkəranskinin qəbrini ziyarət etməyə haqlarında axtarış elan edilmiş kriminallar gələcək. Asayişin təmin olunması üçün polis bütün zəruri tədbirləri görəcək”,- deyə daxili işlər orqanlarındakı mənbə bildirib.

    Hüquq mühafizəçiləri bildiriblər ki, yasa kriminal dünyasının nümayəndələrinin gəlməsini hamıdan az Lənkəranskinin qardaşı Namiq Canıyev istəyir. Çünki o, dövlət hüquq-mühafizə orqanlarının əməkdaşıdır və yas mərasimində hər hansı hadisənin, ifrata varmanın baş verməsini istəmir.

    Moskvanın kriminal eksperti Georgi Çikaberidze isə Azərbaycana avtoritetlərin gələcəyinə inanmır. Onun sözlərinə görə, Lənkəranskinin xatirəsini yad etmək üçün Lənkərana gedəcəyini deyənlər az deyil. Onlar o adamlardır ki, vaxtilə Rövşən Canıyev onlara kömək edib. Amma onların sözünə inananlar azdır.

    "Kim ki, getmək niyyətindədir, bunu hər yerdə qışqıraraq bəlli etmir”,- ekspert deyib.

    Çikaberidze əlbəttə, qəbul edir ki, kriminal dünyanın bir sıra nümayəndələri Lənkərana gedəcəklər. Amma gedənlərin miqyası elə də böyük olmayacaq. ("Sputnik”)
    PAYLAŞ:

    Oxşar xəbərlər