Azərbaycanda dəhşətli cinayət - Qardaşının arvadını çəkiclə döydü

Azərbaycanda dəhşətli cinayət - Qardaşının arvadını çəkiclə döydü
  • Hadisə

  • Qazax rayon sakini qardaşının arvadını çəkiclə döyərək xəsarət yetirib.

    Asiya.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.

    Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Valeh Qurban oğlu Əhmədov öz qardaşı arvadı Ceyhunə Elşən qızı Həsənovanın başına çəkiclə bir neçə zərbə vuraraq onu öldürməyə cəhd edib. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

    V.Əhmədovun ruhi-əsəb xəstələyindən əziyyət çəkdiyi bildirilir. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər