Azərbaycanda Qurban bayramı namazının vaxtı AÇIQLANDI

Azərbaycanda Qurban bayramı namazının vaxtı AÇIQLANDI
  • Sosial, Manşet

  • Azərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşib.

    Asiya.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən verilən məlumata görə, bayram namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

    Qeyd edək ki, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərində qeyd olunacaq.

    Qurban bayramında 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq.

    Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər