General Rafiq Abbasovun təyinatı ilə bağlı xəbər təkzib olundu (YENİLƏNİB)

General Rafiq Abbasovun təyinatı ilə bağlı xəbər təkzib olundu (YENİLƏNİB)
  • Siyasət / Manşet

  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilmiş məlumata əsasən, polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilməsi barədə xəbər həqiqəti əks etdirmir.

    ***

    Polis general-mayoru Rafiq Abbasov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunub.

    Bu barədə virtualaz.org-a muxtar respublikanın rəhbərliyindəki mənbədən məlumat verilib.

    Bu təyinata qədər general R.Abbasov Azərbaycan DİN-in Baş Kadrlar İdarəsinə rəhbərlik edirdi, ondan əvvəl isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər