İlham Əliyev: “Ağdam işğal altında olsa da, onun təmsilçisi Avropanı fəth edir”- Fotolar

  • Siyasət / Manşet

  • "Dünənki qələbə təsadüfi qələbə deyil. Siz bu qələbəyə neçə il idi ki, gedirdiniz".

    Asiya.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun heyəti ilə görüşdə deyib.

    "Həm daxili çempionatda bir neçə dəfə çempion olmusunuz, həm də Avropa Liqasının qrup mərhələsində neçə dəfə iştirak etmisiniz. Sizlə əvvəlki görüşümü xatırlayıram ki, o vaxt hakimin ədalətsizliyi ucbatından siz qələbədən məhrum edilmişdiniz. Ədalətsizliyə baxmayaraq, özünüzü çox ləyaqətlə, təmkinlə aparmışdınız. Nəhayət, ədalət öz yerini tapdı.

    Gərgin və açıq mübarizədə sübut etdiniz ki, Azərbaycan futbolu inkişaf edir və böyük qələbələr qazana bilər. Sizin qələbəniz təbii və ədalətlidir. Qurban Qurbanov həm futbulçu, həm məşqçi, həm də peşəkar, bilikli, vətənpərvər insan kimi futbolda özünü təsdiqləyib. Eyni zamanda, o, özünü oyunlar zamanı çox ləyaqətlə aparır. Onun davranışı, əminliyi və təmkinliyi futbolçular üçün əlavə güc verir.

    Sizin qələbəni yüksək qiymətləndirirəm. Bu, tarixi qələbədir, bu qələbə tarixə yazılıb və çox ədalətlidir ki, məhz “Qarabağ” klubu bu qələbəyə imza atdı. Sizi bir daha təbrik edirəm. Əminəm ki, siz qrup mərhələsində də ölkəmizi layiqincə təmsil edəcəksiniz", - dövlət başçısı bildirib.

    Prezident qələbənin əhəmiyyətindən danışıb: "Bu qələbə həm də ölkəmizin təbliğində önəmli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır”.

    Dövlət başçısı qeyd edib ki, Ağdam şəhərinin işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edir: “Bu da onu göstərir ki, Azərbaycan xalqı işğalla barışmayacaq və biz öz torpağımızda yaşayırıq. Hamı da torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşayır. Hər bir qələbə və istənilən sahədə uğurumuz bu günü daha da yaxınlaşdırır”.

    Prezident vurğulayıb ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycanın istənilən vaxt öz ərazi bütövlüyünü bərpa edə biləcəyini göstərdi: "Bu gün hərbi potensial bizə imkan verir ki, döyüş bölgəsində bütün vəziyyətə nəzarət edərək öz iradəmizi diqtə edək. İdmanda da belədir. İdman sevincini bizə idmançılar bəxş edir".

    PAYLAŞ:

    Oxşar xəbərlər