Prezident Artur Rasi-zadəni vəzifəyə təyin etdi (SƏRƏNCAM)

Prezident Artur Rasi-zadəni vəzifəyə təyin etdi (SƏRƏNCAM)
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 602; 2009, № 2, maddə 74, № 6, maddə 424; 2012, № 2, maddə 137; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1518) 1-ci hissəsi ilə təsdiq edilmiş birgə hökumətlərarası komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

    Komissiyanın sədri

    Artur Rasi-zadə

    Azərbaycan Respublikasının Baş naziri

    Komissiya sədrinin müavini

    Şahin Mustafayev


    Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Komissiyanın üzvləri:

    Samir Şərifov


    Azərbaycan Respublikasının maliyyə naziri

    Ramin Quluzadə

    Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

    Hüseynqulu Bağırov

    Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

    Əbülfəs Qarayev

    Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

    Mikayıl Cabbarov

    Azərbaycan Respublikasının təhsil naziri

    Xələf Xələfov

    Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini

    Aydın Əliyev

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

    Nazim İbrahimov

    Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

    Ramiz Həsənov

    Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri

    Qüdrət Qurbanov

    Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

    Elçin Quliyev

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

    Rövnəq Abdullayev

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

    Cavid Qurbanov

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

    Dursun Həsənov

    Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri”.

    2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə müvafiq bildiriş göndərsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər