Fikrət Fərəməzoğlundan xəbər var

Fikrət Fərəməzoğlundan xəbər var
  • Sosial

  • Həbsdə olan Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində olan hökmdən apelyasiya şikayəti verib.

    Asiya.az xəbər verir ki, jurnalistin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə daxil olub.

    Şikayət hakim Namiq Məmmədovun icraatına verilib.

    Məhkəmənin ilkin baxış iclası avqustun 28-nə təyin edilib.

    Qeyd edək ki, Bakı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fikrət Fərəməzoğlu 7 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
    PAYLAŞ:

    Oxşar xəbərlər