Bakıda 4 yaşlı uşağı döyüb küçəyə atdılar - FOTO -Yenilənib

Bakıda 4 yaşlı uşağı döyüb küçəyə atdılar - FOTO -Yenilənib
  • Sosial

  • Bakıda 4 yaşlı uşaq baxımsız və kimsəsiz şəkildə tapılıb.

    Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Usaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli deyib.

    Onun sözlərinə görə, uşaq avqustun 26-da gecə saatlarında Nəriman rayonu ərazisində aşkarlanıb: “Gecə saat 23 radələrində Bakı şəhəri Nərimanov rayonunda Daxili İşlər Nazirliyinin əməkdaşları baxımsız və kimsəsiz bir uşaq tapıb. Uşağın 4 yaşı var. Hazırda sığınacağa yerləşdirilib. Onun üzərindən 1 manat pul çıxıb. Özünün dediyinə görə, müəyyən zamanlarda ailəsi onu diləndirilib. Əmiləri isə dəfələrlə döyüblər. Uşağın bədənində döyülmə izləri var. Bu gün o, tibbi müayyinədən keçəcək”.

    Vasif Akifli bildirib ki, məsələ ilə bağlı Daxili işlər Nazirliyi və Baş Prokurorluğa müraciət edilib.

    Mərkəzinin direktoru qeyd edib ki, bu cür valideynlər ciddi şəkildə cəzalandırılmalıdır.

    ***

    Azərbaycan Uşaqlar Birliyinin sığınacağına vəhşicəsinə döyülmüş 4 yaşlı oğlan uşağı gətirilib.

    Asiya.az bildirir ki, birliyin rəhbəri Kəmalə Ağayeva virtualaz.org saytına deyib ki, uşaq Nərimanov rayonunda 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən küçədə tapılıb. Uşağın başında və qollarında ciddi yaralar var. Həftənin birinci günü müayinələrdən keçiriləcək. Azyaşlının valideynləri tərəfindən döyülüb küçəyə atıldığı ehtimal edilir.

    Hazırda ailəsi ilə bağlı araşdırma aparılır.


    Bakıda 4 yaşlı uşağı döyüb küçəyə atdılar - FOTO -Yenilənib
    Bakıda 4 yaşlı uşağı döyüb küçəyə atdılar - FOTO -Yenilənib
    Bakıda 4 yaşlı uşağı döyüb küçəyə atdılar - FOTO -Yenilənib
    PAYLAŞ:

    Oxşar xəbərlər