Hərbi hissəsdəki yanğına görə təxliyə olunan sakinlər evlərinə qaytarılıb

Hərbi hissəsdəki yanğına görə təxliyə olunan sakinlər evlərinə qaytarılıb
  • Sosial / Manşet / Olay

  • Azərbaycan Müdafiə Nazirliyinin N Saylı hərbi hissəsində yanğın və partlayış səbəbindən təxliyə olunan yaşayış məntəqələrinin sakinləri öz evlərinə qaytarılıb.

    Asiya.az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycan Respublikası Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun birgə bəyanatında hadisə yerində yanğının lokallaşdırıldığı və daha böyük ərazidə partlayışın qarşısı alındığı bildirilir.

    Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan müdafiə nazirliyinin n saylı hərbi hissəsində silah–sursat anbarında yanğın baş verib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.

    ***

    Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, onların hamısında qəlpə yaraları olub.

    Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.

    Siyəzən Diaqnostika Mərkəzindən APA-nın şimal bürosuna bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.

    ***

    13.01


    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

    Asiy.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.

    ***

    11.50

    Azərbaycanın "N" saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən partlayışla əlaqədar əraziyə yaxın 6 kəndin əhalisi təxliyyə edilib.

    "Report"un Şimal burosu xəbər verir ki, təxliyyə partlayış zamanı mərmi qəlpələrinin həmin kəndlərə yayılması ilə bağlı həyata keçirilib.

    Həmçinin əraziyə, Xızı, Siyəzən və Şabran rayonlarından 10-dan artıq "təcili yardım" maşını cəlb olunub.

    Bakı-Quba yolu bağlanıb.

    ***

    11.15

    Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

    Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.

    Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.

    Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

    APA-nın əldə etdiyi məlumata görə, hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.

    ***

    10.57

    Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib.

    Asiya.az xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

    Hadisə nəticəsində ərazidə partlayışlar müşahidə olunub.

    İnsidentin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

    İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.

    ***

    10.31

    Siyəzən rayonu yaxınlığında silah anbarında baş verən yanğın güclü partlayışlara səbəb olub.

    Asiya.az xəbər verir ki, bu barədə oxu.Az-a hadisə şahidləri məlumat veriblər.

    Əərazidən insanlar təxliyyə edilir. Bakı-Quba yolu tamamilə bağlanıb.

    Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

    Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.




    Hərbi hissəsdəki yanğına görə təxliyə olunan sakinlər evlərinə qaytarılıb
    Hərbi hissəsdəki yanğına görə təxliyə olunan sakinlər evlərinə qaytarılıb
    Hərbi hissəsdəki yanğına görə təxliyə olunan sakinlər evlərinə qaytarılıb
    Hərbi hissəsdəki yanğına görə təxliyə olunan sakinlər evlərinə qaytarılıb
    Hərbi hissəsdəki yanğına görə təxliyə olunan sakinlər evlərinə qaytarılıb
    Hərbi hissəsdəki yanğına görə təxliyə olunan sakinlər evlərinə qaytarılıb
    Hərbi hissəsdəki yanğına görə təxliyə olunan sakinlər evlərinə qaytarılıb
    Hərbi hissəsdəki yanğına görə təxliyə olunan sakinlər evlərinə qaytarılıb
    PAYLAŞ:

    Oxşar xəbərlər