Azərbaycanlı idmançı faciəvi şəkildə öldü -FOTOLAR

Azərbaycanlı idmançı faciəvi şəkildə öldü -FOTOLAR
  • İdman / Hadisə

  • Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəza nəticəsində dünyasını dəyişib.

    Bu barədə gənc idmançının dostları sosial şəbəkələrdə məlumat veriblər.

    İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib:

    "Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz 12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər. Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər”.

    X.Əliyevin Naxçıvanın Şərur rayonundan olduğu, Ordubadda internatda böyüdüyü bildirilir.


    Azərbaycanlı idmançı faciəvi şəkildə öldü -FOTOLAR
    Azərbaycanlı idmançı faciəvi şəkildə öldü -FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər