Jurnalist Elza Seyidcahana şeirlə cavab verdi - “Tikim sənin şeirini, qəzəlini”

Jurnalist Elza Seyidcahana şeirlə cavab verdi - “Tikim sənin şeirini, qəzəlini”
  • SƏNƏT

  • Big.az saytının jurnalisti Rövşən Əsədov əməkdar artist Elza Seyidcahanın "Tikim sizin ağzınızı" şeirinə nəzirə yazıb.

    Asiya.az xəbər verir ki, müğənniyə "Tikim sənin şeirini, qəzəlini" deyən jurnalist bu sözləri ilə E.Seyidcahanın şeirlərinin bəyənilməməsinə işarə vurub. Sözügedən şeiri təqdim edirik:

    Payız gəlib əsdirəcək xəzəlini

    Tikim sənin şeirini, qəzəlini

    Tikim, tikim ilmə-ilmə

    Bəniz aya, ulduzlara,

    Göydə uçan ağ qarğaya,

    Yerdə axan o nur çaya

    Elza xanım, sən tez geyin

    Geyin cırıq corabını

    Fikirləşmə o yanını, bu yanını

    Sən bu yolu düz get ancaq

    Bayrağı biz tez sancaq

    Başı qarlı o zirvəyə

    Bu da məndən bir nəzirə

    Nöqtə qoydum bu söhbətə!

    Məlumat üçün bildirək ki, müğənninin şeir müsabiqəsdində münsif olması şairlər və ədəbiyyat adamları arasında kəskin tənqid olunmuşdu. Bundan sonra əməkdar artist, tanınmış bəstəkar Elza Seyidcahan ən son "Tikim sizin ağzınızı" adlı şeir yazaraq gündəmə gəlmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər