Sentyabrın 3-nə olan hava proqnozu

Sentyabrın 3-nə olan hava proqnozu
  • Sosial

  • Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Asiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məllumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27,Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir.

    Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər