Bakıda FACİƏ: gəlin maşını ölümə səbəb oldu

Bakıda FACİƏ: gəlin maşını ölümə səbəb oldu
  • Olay / Hadisə

  • Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.

    Report.az bildirir ki, hadisə Nizami rayonu ərazisində baş verib.

    Belə ki, 10-UA-071 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub. Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

    Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər