Asan vətəndaşlıq verən ölkələr – SİYAHI

Asan vətəndaşlıq verən ölkələr – SİYAHI
  • Maraqlı / Araşdırma

  • Bir çox ölkələr var ki vətəndaşlığı satır. Ölkələrə uyğun olaraq bu qaydalar dəyişir. Qaydalarla yanaşı vətəndaşlığı almaq üçün müəyyən məbləğdə pul da ödəmək lazım olur. Bəzi ölkələrdə əmlak almaq və ya biznes qurmaqla vətəndaşlıq almaq olar.

    Asiya.az turizm.fins.az-a istinadən asan vətəndaşlıq verən ölkələrin siyahısını təqdim edir:

    Malta

    İqtisadi inkişafı sürətləndirmək üçün Malta hökuməti bu adada ev alanlar üçün vətəndaşlıq təqdim edir. Minimum 880 min avro ödəyərək daşınmaz əmlak sahib olaraq Malta vətəndaşlığını almaq olar.

    Avstriya, Macarıstan, Kipr

    2011-ci ildən etibarən Avstriya, Macarıstan və Kipr əcnəbilər üçün vətəndaşlıq təklif edir. Bunun üçün xüsusi bir bacarıq və ya qabiliyyət lazım deyil. Sadəcə 360 min avro ödəməklə Avstriya və Macarıstanın 2,5 milyon avro ödəməklə isə Kiprin vətəndaşı ola bilərsiniz.

    Latviya, Böyük Britaniya, Kanada, ABŞ

    Latviya, Kanada, ABŞ və Böyük Britaniyada da müəyyən həcmdə maliyyə yatırımları etməklə vətəndaşlıq almaq olar. Lakin investisiya ilə yanaşı vətəndaşlıq almaq istəyən şəxs bir neçə il həmin ölkədə yaşamalıdır.

    Antiqua və Barbuda

    Karib dənizində yerləşən Antiqua və Barbuda Britaniya dostluğu təşkilatının üzvüdür. Bu ölkənin vətəndaşlığını almaq üçün ölkənin milli inkişaf fonduna minimum 250 min dollar pul köçürməli və bu ölkədə minimum 400 min dollar dəyərində daşınmaz əmlak almalısız. Vətəndaşlıq aldıqdan sonra il ərzində ən azından 7 gün bu ölkədə yaşamaq lazımdır. Antiqua və Barbuda pasportu ilə 129 ölkəyə səfər etmək mümkündür. Pasport 4-6 ay ərzində verilir.

    Dominikan Respublikası

    Dominikan Respublikasının pasportunu almaq üçün 100 min dollar ödəmək lazım olacaq. İki nəfərlik ailə (+az yaşlı uşaqlar) üçün bu məbləğ 200 min dollara bərabərdir. Bu ölkənin pasportu ilə Böyük Britaniya ilə yanaşı 50 ölkəyə səfər etmək mümkündür.

    Sent-Lüsiya

    Bu ölkədə 100 min dollardan çox investisiya yatıran şəxs avtomatik vətəndaşlıq alır. Hətta bu ölkədə bir gün belə yaşamasa da. Sent-Lüsiyanın pasportu ilə Şengen ölkələrinə və əksər Cənubi Amerika ölkələrinə səfər etmək olar.

    Sinqapur

    Sinqapurda vətəndaşlıq almaq üçün ilk növbədə bu ölkəyə 1,8 milyon dollar investisiya yatırmaq lazımdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər