Prezident İlham Əliyevdən böyük jest — Mehman Əliyevin həbsinə reaksiya

Prezident İlham Əliyevdən böyük jest — Mehman Əliyevin həbsinə reaksiya
  • Siyasət / Manşet

  • "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev həbsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

    Asiya.az Virtualaz.org-a istinadən xəbər verir ki, Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb.

    Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.

    Xatırladaq ki, fevralın 10-da İlham Əliyev Azərbaycanda penitensiar sahədə cəza sisteminin təkmilləşdirilməsi və alternativ, humanist qətimkan tədbirlərinin tətbiqi ilə bağlı sərəncam imzalamışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər