Ürəyi gedən, zəhərlənən, yanan adama İLK YARDIM belə olmalıdır

Ürəyi gedən, zəhərlənən, yanan adama İLK YARDIM belə olmalıdır
  • Maraqlı / Araşdırma

  • Ev qəzalar zamanı məlumatsız şəkildə edilən müdaxilələr bəzən insanın ölümü ilə belə nəticələnə bilər. Asiya.az ailem.az-a istinadən bununla bağlı təlimçi müəllim Deniz Karadenizin məsləhətlərini diqqətinizə çatdırır.

    Yanıqları suya tutun

    Yanıq yerlərə diş pastası, qatıq, hətta tomat sürtüldüyünü görürük. Halbuki ən doğru davranış ağır olmayan yanıqlarda yanan yeri 20 dəqiqə ərzində suya tutmaqdır. Birbaşa buz qoymaq da yanlışdır. Buz yanıq yerə ziyan verir.

    Öskürən adamın belinə vurmaq

    Öskürən birinin belinə vurmaq yanlışdır. Çünki kimsə öskürərək nəfəs borusuna qaçan şeyi çıxarmağa çalışır. Belinə vuraraq bu əngəllənir. Amma öskürək kəsilərsə və adam nəfəs almazsa, rəngi qaralarsa müdaxilə etmək lazımdır. Bunun doğrusu isə 2 kürək sümüyünün ortasınI "heimlich manevri" dediyimiz şəkildə ovmaq lazımdır.

    Qanayan burunu sıxmayın

    Burnu qanayan adamın başı adətən arxaya atılır və burun dəlikləri sıxılır. Bu çox yanlış hərəkətdir. Doğrusu isə 5 dəqiqə boyunca başı xəfifcə önə əymək və burunun qanadlıarından yavaşca sıxmaqdır.

    Zəhərlənən adamı qusdurmaq

    Zəhərlənməa hallarında qusdurmaq çox yanlış bir haldır. Çünki qusdurma əsnasında, mədədəki maddə yenidən yemək borusundan keçərək bir daha zərər verir. Dərhal xəstəxanaya çatdırmaq lazımdır.

    Gözə düşən tozu üfürməyin

    Adətən uşaqların gözünə bir şey düşdükdə üfürürlər. Bu qəti şəkildə səhv bir hərəkətdir. Üfürərək o cismin daha çox yayılmasına səbəb olur. Təmiz bir dəsmalla onu götürmək daha doğrudur.

    Ürəyi gedən adama yardım

    Ürəyi gedən adamın başını dərhal yerdən qaldırmağa çalışmayın. Ən yaxşısı ayaqlarının altına hündür bir şey qoymaqdır. Başını isə qətiyyən tərpətməyin.

    Zədəli nahiyəyə buz qoymaq

    Zədələnən yerə buz torbasını qoyub 20 dəqiqə saxlayın. Sonra torbanı görtürüb 20 dəqiqə fasilə verin. Bu prosesi bir neçə dəfə təkrar edin və müsbət nəticəyə heyrət edəcəksiniz.
    PAYLAŞ:

    Oxşar xəbərlər