Masallı Rafiq qulağının qisasını aldı? – Tbilisidə güllələnən avtoritetin qətlinin təfərrüatı- Video

Masallı Rafiq qulağının qisasını aldı? – Tbilisidə güllələnən avtoritetin qətlinin təfərrüatı- Video
  • Hadisə

  • Ötən gün Tbilisidə Vaxtanq Qorqasali küçəsində öz avtomobilində güllələnən Elşən Məmmədovla bağlı yeni təfərrüat ortaya çıxıb.

    42 yaşlı Elşən Məmmədov Rusiya Federasiyasında 2015-ci ildən axtarışdadır.

    Məlumata görə, Elşən Məmmədov "Toyota” markalı avtomobilində iki tərəfdən atəşə tutulub. Bu, onu deməyə əsas verir ki, hadisəni törədən 2 nəfər olub.

    “Toyota Land Cruiser”də cəsədi tapılan 42 yaşlı Elşənin başından 3 güllə yarası aldığı məlum olub.

    Araşdırmalar zamanı aydın olub ki, E.Məmmədov restoranda İlham Haciyev adlı şəxslə və “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) bir neçə yaxın adamı ilə yemək yeyib. Şahidlərin sözlərinə görə, hər kəs masa arxasında oturduğu zaman gözlənilmədən Elşən yerindən qalxıb maşınına gedib və həmin an atəş səsləri eşidilib. Onu da bildirək ki, şübhəli qismində əvvəllər məhkumluğu olmayan 20 yaşlı oğlan saxlanılıb. Araşdırmalara zamanı gəncin Gürcüstana 2 gün əvvəl giriş etdiyi, lakin cinayətlə əlaqəsi olmadığı aydın olub.

    Gürcüstan polisinin məlumatına görə, artıq hadisə ilə bağlı bir azərbaycanlı saxlanılıb. Bu isə həmin vaxt Elşən Məmmədovla birgə restoranda olan şəxsdir. Məlumatda deyilir ki, Elşən Məmmədov həmin vaxt "Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adamlarından olan İlqar Hacıyevlə birlikdə şam edirmiş və qəfil küçəyə çıxaraq, avtomibilinə oturub. Bu zaman isə qatillər tərəfindən atəşə tutulub. Qeyd edək ki, qətlə yetirilən Elşən Məmmədov "Lotu Quli”nin sağ əli sayılırdı və qəddarlığı ilə ad çıxarmışdı.

    Bir müddət öncə o, "Masallı Rafiq” kimi tanınan Rafiq Eyvazovu restorana çağıraraq, onun sol qulağını kəsmişdi. Bu hadisədən sonra Elşən Məmmədovun başına beş yüz min dollar pul qoyulub.

    Elşən Məmmədovun adı Rövşən Lənkəranskinin qətlində də hallanır.

    Güman olunur ki, onun qətlini təkcə Rafiq Eyvazov deyil, həmçinin onun yaxın dostu olan və Rövşən Lənkəranskiyə görə qisas alacağını deyən Zaur Əhmədov sifariş verib.

    Hazırda faktla bağlı Gürcüstanda cinayət işi başlanılıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər