Azərbaycanda nazir oğlu dünyasını dəyişib- Yenilənib

Azərbaycanda nazir oğlu dünyasını dəyişib- Yenilənib
  • Manşet / Olay

  • Nazir oğlunun ölüm səbəbi bilindi.

    Xəbər verdiyimiz kimi, ötən gün Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov Türkiyədə özəl xəstəxanaların birində dünyasını dəyişib.

    Qafqazinfo.az nazir oğlunun vəfatı ilə bağlı bəzi məlumatları əldə edib. R. Camalov uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

    Nazir oğlunun həyatını xilas etmək mümkün olmayıb. Nəticədə ötən gün Türkiyədəki xəstəxanaların birində dünyasını dəyişib.

    44 yaşlı Camalov dövlət sektorunda çalışmayıb. Onun Bakıda özəl biznesi olub.

    ***

    Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib.

    Asiya.az-ın xəbərinə görə, bu barədə məlumatı APA-ya ailəyə yaxın mənbə bildirib.

    Mənbənin məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.

    Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək. Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.

    Azərbaycanda nazir oğlu dünyasını dəyişib- Yenilənib

    Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalov
    PAYLAŞ:

    Oxşar xəbərlər