Bu gün doğum günü olan Səbuhi Xanlarov: Depressiyadayam

Bu gün doğum günü olan Səbuhi Xanlarov: Depressiyadayam
  • Cəmiyyət

  • Sosial şəbəkələrdə təqlidi obrazlardan ibarət videogörüntüləri ilə populyarlıq qazanan Səbuhi Xanlarov depressiyaya düşüb.

    Asiya.az oxu.az-a istinadən xəbər verir ki, bu gün həm də aktyorun doğum günüdür. Lakin o, özəl günüdə heç də yaxşı əhval-ruhiyyədə olmadığını etiraf edib: “Depressiyadayam. Sevgilimdəm ayrılmışam. Bu, mənim üçün çox çətin oldu. Heç cür özümə gələ bilmirəm”.

    Aparıcı Azər Zahidin təqdimatında ATV-də yayımlanan “Top ulduzlar” layihəsində yer alan aktyor yeni layihə ilə bağlı təklif aldığını söyləyib: “Bu haqda ətraflı məlumat verə bilmərəm. Qoy, oxucular və tamaşaçılar bir az intizarda qalsınlar. Bir müddət sonra yeni layihənin nə olduğunu açıqlayacağam”.

    Xatırladaq ki, Səbuhi Xanlarov bu gün ad gününü qeyd edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər