6 yaşlı həmyerlimiz Rusiyada HAMINI HEYRƏTLƏNDİRDİ - VİDEO

6 yaşlı həmyerlimiz Rusiyada HAMINI HEYRƏTLƏNDİRDİ - VİDEO
  • Sosial

  • 6 yaşlı azərbaycanlı Ruslan Səfərov “Rusiya 1” kanalında yayımlanan “Udivitelnıe lyudi” şousunda iştirak edib.

    Rusiya mətbuatı xəbər verir ki, özünü “kalkulyator insan” adlandıran azyaşlı həmyerlimiz çıxışı ilə hər kəsi mat qoyub. O, bütün misalların cavablarını düzgün verib. Ruslan açıqlamasında bildirib ki, böyüyəndən sonra proqramçı olacaq.

    Əslən Qusardan olan Ruslanın atası Fuad Səfərov deyir ki, uşaq vaxtından onunla məşğul olublar:

    "Ruslanın çarpayısının başında hərflər və rəqəmlər asılı idi. O hər gün yatmazdan qabaq onları öyrənirdi. Onun zehni yaşına görə sürətlə inkişaf edir. Həkimlər bunun təhlükəli olduğunu desələr də, biz onu yormadan, sağlamlığını qorumaq şərtilə istedadını daha da inkişaf etirməsinə kömək edirik".

    Məşhur şoudan sözügedən kadrları təqdim edirik:


    PAYLAŞ:

    Oxşar xəbərlər