Şəhidimizin övladı dünyaya gəldi

Şəhidimizin övladı dünyaya gəldi
  • Sosial

  • Bu il fevral döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Tural Haşımlının oğlu dünyaya gəlib.

    Şəhidin atası Əbdül Haşımlı Modern.az-a deyib ki, uşağın da, ananın da səhhəti normaldır: “Ötən gün nəvəm dünyaya gəlib. Hələ ki adını qoymamışıq. Amma hamı Tural olmağını istəyir. Adını rəsmi şəkildə Tural qoymaq üçün gərək qohumlar bir araya gəlsin və məsləhət versinlər.

    Uşağın da, anasının da səhhəti normaldır. İşə baxın ki, Tural fevralın 24-dən 25-nə keçən gecə şəhid olmuşdu. Oğlu da senytabrın 24-dən 25-nə keçən gecə dünyaya gəlib. Tural şəhid olmazdan 6 saat öncə ata olacağını bilmişdi. Amma üstündən az keçmiş şəhid olduğu barədə xəbəri gəldi bizə.

    Mən oğlumun ata olacağı xəbəri ilə şəhid olduğu xəbərini eyni vaxtda almışdım. İndi balaca Tural bizə böyük təsəllidr. O, oğlumuzun yolunu mütləq davam etdirəcək. Tural nəvəm dünyaya gəlişi ilə məni çox sevindirdi. Elə bilirəm, oğlum Turaldı, hələ yeni doğulub. Onu böyütmək, məktəbə yollamaq, ali məktəbə göndərmək, toyunu görmək kimi arzularım var. Oğlum Turalın ətrini, qoxusunu nəvəm Turaldan alacam. Nəvəm gəlişi ilə məni diriltdi, əyilmiş qəddimi düzəltdi. Əminəm ki, o da atası kimi, vətəninə layiqli övlad olacaq”.

    Qeyd edək ki, şəhid Tural Haşımlı doğulduğu Naxçıvanın Ordubad şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər