Hicab - azadlıqdır!

Hicab - azadlıqdır!
  • Maraqlı / Araşdırma

  • Hicabın Allahın əmri olması

    Uca Allah Qurani kərimdə buyurur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir". (əl-Әhzəb, 59).

    "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar...". (ən-Nur, 31).

    "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin...". (əl-Əhzəb, 33).
    Hicab geyinən və digər vacib əməlləri edən qadının Cənnətə girəcəyini Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan (həmçinin haram baxışlardan) qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol – deyilər...". (Əhməd, 1661).

    Uca Allahın əmrindən çıxaraq açıq-saçıq geyinmək isə axirət əzabına apara bilər: "Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəklə insanları döyənlər və geyinmiş, lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları dəvənin hürgücünə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir". (Muslim).

    Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Ən xeyirli qadınlarınız Allahdan qorxduqları təqdirdə ərlərini sevən, çox uşaq dünyaya gətirmək əzmində olan, ərinə itaət edən və üzüyola olanınızdır. Ən pis qadınlarınız isə açıq-saçıq geyinən və forslananlardır, belələri münafiqlərdir. Onlardan yalnız ala qarğaya bənzəyənləri Cənnətə girəcəklər". (Sünən əl-Beyhəqi, 7/82; Səhih Hədislər Silsiləsi, 1849). Ala qarğa qanadları ağ olandır. Bəziləri isə ayaqları ağ olandır. Bəzilərinin isə dimdiyi və ayaqları qırmızıdır. Bu cür təsvir olunan qarğalara çox az hallarda təsadüf olunduğu üçün hədisdə onlar misal çəkilmişdir.

    Hicab qadını qoruyur və onu ucaldır

    Hər bir qadının arzusu ona şəxsiyyətinə görə hörmət edilməsi və sevilməsidir, çünki gözəllik keçicidir. Açıq geyinən qadına isə pis niyyətli, şərli insanların yaxınlaşması qaçılmazdır. Bu səbəbdən Uca Allah hicabı vacib edərək buyurur: "Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir". (əl-Әhzəb, 59).
    Hicab həmçinin cəmiyyətimizdə də hörmətlə qarşılanır və milli-mənəvi dəyərlərimizə də uyğundur. Hicablı qadın öz ərinə, atasına, ətrafındakı kişilərə də nümunə olaraq təsir edir.

    İslam qadının bədənini yad gözlərdən qoruyaraq onu şəxsiyyətini uca tutmuşdur, əsl hörmət və azadlıq da budur. Açıq saçıqlığı təbliğ edənlər isə qadını yalnız şəhvət obyekti səviyyəsinə endirmək üçün bunu "gözəllik", "azadlıq" adlandırırlar. Reklamlarda açıq-saçıq qadınların göstərilməsi onlara olan hörmətə görədirmi, yoxsa məhsulların satılması üçün?!
    PAYLAŞ:

    Oxşar xəbərlər