Prezidentdən daha bir nazirlə bağlı gözlənilməz qərar

Prezidentdən daha bir nazirlə bağlı gözlənilməz qərar
  • Siyasət / Manşet

  • Prezidentdən daha bir nazirlə bağlı gözlənilməz qərarrezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində "Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri "Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri” sözləri ilə əvəz edilir.

    Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Bolqarıstan tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər