Vüqar Qaradağlının milyonluq mülkləri, mənzillər, avtomobillər — SİYAHI

Vüqar Qaradağlının milyonluq mülkləri, mənzillər, avtomobillər — SİYAHI
  • Sosial / Araşdırma / Manşet

  • ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının varidatının siyahısını əldə edilib. Həmin siyahını heç bir şərh vermədən təqdim edirik:

    - Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivi, ev 518. Üçmərtəbəli villa

    - Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 3, mənzil 5. "Neo MMC"dən 4 otaqlı mənzil

    - Yasamal rayonu Haqverdiyev küçəsi, məhəllə 574, ev 5, mənzil 28

    - Yasamalda ATV-nin yaxınlığındakı yeni tikilmiş binada mənzil

    - Quba rayonunda üçmərtəbəli villa

    - Biləcəri qəsəbəsində yanaşı iki villa (Həmin tikililəri yerli sakinlər "ATV-nin villaları" adıyla tanıyır)

    - Amerikanın əhali sayına görə ən böyük hesab edilən şəhəri - Nyu Yorkda 2 otaqlı mənzil. Hazırda həmin mənzildə V.Qaradağlının bu ölkədə təhsil alan oğlu yaşayır.

    - Türkiyədə, Quş adası istirahət bölgəsində ev

    - Bodrumda mənzil
    - Antalyada ikiotaqlı mənzil

    - İstanbulda "Molos İstanbul" adlanan kompleksdə mənzil. Qeyd edək ki, bu kompleksdə ən ucuz mənzil 2 milyon dollardır.

    - Bayraq Meydanının yaxınlığında "Panorama" restoranı (qayını Rauf Dadaşovla şərik)


    Avtomobillər

    - Ən son model 2 ədəd "Audi" markalı avtomobil. Audilərdən biri A5, digəri A6 model. Qeyd edək ki, "Audi"lərdən birini V.Qaradağlı özü, digərini həyat yoldaşı idarə edir. Və hər ikisinin dövlət nömrə nişanı 241-dir.

    - İki ədəd son model "Lexus" avtomobili. Bu avtomobillərdən biri hazırda ATV-dədir.

    - Bir ədəd "Nissan patrol". Bu avtomobilin də qiyməti təxminən 300 min manatdır.

    - Mercedes S Class

    Vüqar Qaradağlının milyonluq mülkləri, mənzillər, avtomobillər — SİYAHI

    Qeyd edək ki, V.Qaradağlı bu posta təyin edilərkən ATV-yə "Rent a car"dan icarəyə götürdüyü köhnə model, qiyməti 9-10 min manata olan "Nissan Patfhinder" markalı avtomobillə gəlibmiş. Həmin avtomobil bir ay iyirmi gün V.Qaradağlının sərəncamında olub. (Olkə.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər