İŞİD-in əlindən alınan azərbaycanlı uşaqla bağlı YENİ XƏBƏR - VİDEO

İŞİD-in əlindən alınan azərbaycanlı uşaqla bağlı YENİ XƏBƏR - VİDEO
  • Mədəniyyət

  • İraqda İŞİD-in əlindən alınan ərazilərdə tapılan sahibsiz azərbaycanlı uşaqlar, 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanın harada saxlanıldığı bəlli oldu.

    "Bu uşaqlar hazırda İraqda kimsəsizlər evində saxlanılır".

    Asiya.az xəbər verir ki, bu barədə lent.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

    H.Hacıyev qeyd edib ki, həmin kimsəsizlər evində təkcə Azərbaycandan deyil, digər ölkələrdən də uşaqlar var: "Abdulla hazırda müayinə olunur. Və dövlətin diqqəti altındadır. Azərbaycanın İraqdakı Konsulu mütəmadi olaraq ona baş çəkir. İndi sənədləşmə işləri aparılır. Yaxın vaxta Azərbaycana gətiriləcək".

    H.Hacıyev onu da qeyd etdi ki, 3 yaşlı Abdullanın yanında tapılan 2 yaşlı Xədicənin azərbaycanlı olub olmaması hələ ki, müəyyən edilməyib:

    "Bu uşağın kim olması hələ dəqiqləşdirilməyib. Onun yaşı az olduğu üçün danışa bilmir. Fotosu yayılsa da Abdulladan fərqli olaraq yaxınları da ortaya çıxmayıb ki, vətəndaşlığı müəyyən edilsin".

    Müharibənin alovundan keçən və şiddətə məruz qalan Abdullanın anasının necə yanması barədə hərbiçilərlə etdiyi söhbət hamını çox təsirləndirmişdi. H.Hacıyevdən bu uşağa psixoloji dəstək olub olmadığını da soruşduq:

    "Abdulla hazırda kimsəsizlər evində sadəcə təhlükəsiz şəraitdə saxlanılır. Azərbaycana gətirildikdən sonra isə təbii ki, mütəxəssislər tərəfindən xüsusi yardım, dəstək alacaq".

    XİN sözcüsü əməkdaşımızla söhbətin sonunda həmçinin bunları deyib: " Çox təəssüf edirik, bəzi vətəndaşlarımız özləri ilə yanaşı, körpə uşaqlarının da həyatlarını təhlükə altına atırlar. Bunlar çox acı təcrübədir".


    PAYLAŞ:

    Oxşar xəbərlər