General Çovdarov: “Mən zəif adam deyiləm” - Qapalı iclas/Yenilənib

General Çovdarov: “Mən zəif adam deyiləm” - Qapalı iclas/Yenilənib
  • Manşet / Hadisə

  • 11:48

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

    Asiya.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Akif Çovdarova söz verilib.

    O, 20 səhifədən ibarət çıxış hazırlayıb və son söz deməyə başlayıb.

    Akif Çovdarov ittihamları qəbul etməyib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    Akif Çovdarovun çıxışı zamanı mühüm faktlar açıqlayacağı gözlənilir. Bu səbəbdən proses tam qapalı keçirilir.

    ***

    13:38

    Qapalı prosesdə Akif Çovdarov danışıb:

    "Mən ölkədə xidmətlərim olub. MTN-də işlədiyim vaxtlardan mənə qarşı qərəzli münasibətlər aparılıb. Mən ölkəm üçün, vətənim üçün xitmət aparmışam. İttihamların da hamısı qərəzlidir".

    Hazırda prosesdə fasilə elan olunub.

    ***

    Günün ikinci yarısında başlanan prosesdə Akif Çovdarov çıxışını davam etdirib:

    “Əgər dövlətim və hakim məni cəzalandırarsa, mən bunu xidmətimin davamı kimi qiymətləndirəcəm. Həmişə dövlətimə sadiq olmuşam. Hətta indi də sadiqəm, cəzalamdırılsam belə”.

    Hazırda proses davam edir.

    ***

    Akif Çovdarov çıxışı zamanı istintaq orqanı tərəfindən ona edilən təzyiqlərdən danışıb:

    “İstintaq orqanı mənimlə elə davranırdı ki, ya hər şeyi danışım, ya da özümü öldürüm. Məqsəd məni məhv etmək olub. Amma mən zəif adam deyiləm, bunu etmədim”.

    ***

    Akif Çovdarov çıxışının sonunda bütün epizodlar üzrə danışıb və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    Daha sonra məhkəmə hökm qəbul etmək üçün müşavirəyə çıxıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər