Pərvin Abıyeva avtomobilinə həbs qoyulmasından danışdı

Pərvin Abıyeva avtomobilinə həbs qoyulmasından danışdı
  • Mədəniyyət

  • Aktrisa Pərvin Abıyeva avtomobilinə həbs qoyulması ilə bağlı xəbərə münasibət bildirib.

    Publika.az-a açıqlama verən sənətçi maşınına həbs qoyulmadığımı bildirib: “Avtomobilimə həbs qoyulmayıb. Cərimələr də protokol şəklində telefonuma gəlir. Yalan söhbətdir. Özlərindən gündə bir şey çıxarmasınlar. Müsahibə vermirəm deyə, indi də maşına keçiblər”.

    Qeyd edək ki, yayılan məlumatda onun “Porche” markalı avtomobilinin hərəkətdə olarkən üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanıldığı, avtomobilin evakutor vasitəsilə cərimə meydançasına yerləşdirildiyi xəbəri yayılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər