Azərbaycanlı çoban “O səs Türkiyə”də - VİDEO -Yenilənib

Azərbaycanlı çoban “O səs Türkiyə”də - VİDEO -Yenilənib
  • Mədəniyyət / Manşet

  • Bir müddət əvvəl çobanlıq edən, sonradan isə ifaları ilə məşhurlaşan Neftçalanın Qaçaqkənd kənd sakini Pərvin Səfərov “O səs Türkiyə” yarışmasına qatılıb.

    Asiya.az xəbər verir ki, ölməz sənətkarımız Rəşid Behbudovun repertuarından “Nazəndə sevgilim”lə məşhurlaşan Pərvin, sözügedən yarışmada da eyni mahnını səsləndirib.

    ***

    Azərbaycan mediasının tirajlamasından sonra səsi ilə hamını valeh edən və Neftçaladan olan çoban Pərvin Səfərov müsabiqə münsiflərinin rəğbətini qazana bilib. Belə ki, dörd münsifdən üçü Pərvini komandasında görmək istəyib.

    Oxuduğu mahnıdan sonra öz həyatından bəhs edən Pərvin İstanbulda olmağın həmişə xəyalı olduğunu deyib. Proqramın aparıcısı tanınmış televiziyaçı Acun İlıcalı Pərvin üçün İstanbul gəzintisi təşkil etməyi əməkdaşlarına tapşırıb.

    Acunun bu addımı zalda müsabiqəni izləyən tamaşaçılar tərəfindən də alqışla qarşılanıb.







    PAYLAŞ:

    Oxşar xəbərlər