Dünyada sadəcə iki insanın bildiyi 7 SİRR - FOTO

Dünyada sadəcə iki insanın bildiyi 7 SİRR - FOTO
  • Maraqlı / Araşdırma

  • Hər nə qədər "iki insanın bildiyi şey sirr deyil" desək də, dünyada sadəcə iki insanın bildiyi 7 sirr mövcuddur.

    Asiya.az həmin sirləri təqdim edir.

    Dünyada sadəcə iki insanın bildiyi 7 SİRR - FOTO

    "Coca-Cola"nın tərkibi

    Bu içki bir çox markaları üstələyərək dünya lideri olmağı bacarıb. İçkinin nədən hazırlanması isə hər kəsin maraq dairəsindədir. Lakin tərkibin sirrini yalnız iki insan bilir.
    Bəzi iddialara görə, bu iki insan da yalnız tərkibin yarısını bilir və ancaq onlar bir araya gələn zaman əsl içkinin formulu ortaya çıxır. Tərkibin orijinal variantı Atlantadakı "Suntrust" bankında saxlanılır.

    Şirkət sirri bilən iki insanın eyni təyyarədə və ya eyni nəqliyyatda səyahət etməsini qadağan edib. Buna səbəb isə, təxmin edə biləcəyiniz kimi, ikisinin də eyni anda ölməsinə və ya öldürülməsinə əngəl olmaqdır.

    Dünyada sadəcə iki insanın bildiyi 7 SİRR - FOTO

    "KFC"-nin ədviyyat qarışığı

    "Kentuckuy Fried Chicken" məşhur fastfud restoranlar zəncirindən biridir. Bu restoranın ən məşhur və özünəməxsus təamı isə ətlərə vurulan ədviyyat qarışığıdır. 11 ədəd fərqli ədviyyatdan hazırlandığı bildirilən qarışığı sadəcə markanın idarə heyətindəki iki nəfər bilir.

    Dünyada sadəcə iki insanın bildiyi 7 SİRR - FOTO

    "Berglas" effekti

    Hələ də sirri çözülməmiş ən qədim və təsirli kart oyunlarından biri olan "Berglas" effekti sehrbaz Devid Berqlas tərəfindən kəşf edilib. Oyunun sirrini ixtiraçının özündən başqa təkcə şagirdi Mark Paul bilir. Sehrbaz səhnəyə 3 tamaşaçı dəvət edir. Birinci tamaşaçıya 52 kartlıq dəstə verir və ikinci tamaşaçıya ağlında bir kart tutmasını tapşırır, üçüncü tamaşaçıya isə 1-dən 52-yə qədər bir rəqəm deməsini istəyir. İkinci və üçüncü tamaşaçı fikirlərində tutduğu rəqəmi və kartı deyir. Sehrbaz kart dəstəsinə toxunmadan kart dəstəsinin söylənilən rəqəmə qədər sayılmasını istəyir. Beləliklə, üçüncü tamaşaçının ağlında tutduğu kart həmin sayda ortaya çıxır.

    Dünyada sadəcə iki insanın bildiyi 7 SİRR - FOTO

    Ayapaneso dili

    Cənubi Amerika bir çox sivilizasiyaya ev sahibliyi etmiş torpaq parçasıdır. Qitənin avropalılar tərəfindən kəşf edilməsindən öncə yerli xalq arasında danışılan Meksika dili hələ də yaşamaqdadır. Ancaq bu dili sadəcə 2 insan bilir. Həmin insanlar yaşlı olmalarına rəğmən, dilin qrammatikasını və sözlərini heç kimə öyrətmir, sirr kimi saxlayırlar.

    Dünyada sadəcə iki insanın bildiyi 7 SİRR - FOTO

    Oskar mükafatı

    Oskar dünyada ən çox maraq doğuran önəmli film mükafatıdır. Burada da hansı kateqoriyada kimin hansı nominasiya üzrə mükafat qazanmasını tədbirə qədər yalnız iki insan bilir. Səslər özəl bir şirkət tərəfindən tədbirdən iki gün öncəyə qədər sayılır. Nəticələr gizli zərflərin içində bu sirri bilən iki insana həvalə edilir.

    Dünyada sadəcə iki insanın bildiyi 7 SİRR - FOTO

    Habsburnq salfeti

    Avstraliyanın Habsburq Xanədanlığı dövründən bu günə qədər gələn bir salfet qatlama üsulu vardır. Avstraliya liderlərinin qatıldığı tədbir və dəvətlərdə bu qatlama forması istifadə edilir. Salfetlərin necə qatlanmasını isə yalnız iki nəfər bilir.

    Dünyada sadəcə iki insanın bildiyi 7 SİRR - FOTO

    "Listerine" məhsulunun tərkibi

    Jozef Lourens tərəfindən hazırlanan bu məhsul 1880-ci ildə "Unilever" şirkətinə satılıb. Dr. Lourens bu məhsulu evdəki bir neçə primitiv məhsuldan hazırladığını deyib. Hazırda məhsulun tam tərkibini şirkətin idarə heyəti başçısı və Lourens ailəsinin varisi bilir. (publika.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər