Elçibəyin qardaşının ölüm səbəbi açıqlandı

Elçibəyin qardaşının ölüm səbəbi açıqlandı
  • Manşet / Olay

  • “Atam 6-7 il olardı ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Sadəcə, bunu heç kəsə deməməyi məsləhət etmişdi. Son 2 ayda isə vəziyyəti pisləşmişdi. Yarım saat olar ki, dünyasını dəyişib”.

    Asiya.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında mərhum Almurad Əliyevin oğlu Hürü Əliyev deyib.

    Onun sözlərinə görə, atası Bakıda dəfn olunacaq: “Atam Bakıda dəfn olunacaq. Güman ki, Yasamal qəbiristanlığında dəfn edəcəyik. Yuxarı daiərələrdən hələ ki, heç kim zəng edib başsağlığı verməyib. Bir azdan yəqin edərlər”..

    Qeyd edək ki, Almurad Əliyev 1934-cü ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. Almurad Əliyev uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. O, bu gün dünyasını dəyişib.

    Allah rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər