«Qarabağ»a 500 min avro qazandıran oyun (VİDEO)

«Qarabağ»a 500 min avro qazandıran oyun (VİDEO)
  • Manşet / İdman

  • "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində aktivinə ilk xalı yazdırıb.

    Asiya.az xəbər verir ki, İspaniyanın "Atletiko" klubu ilə heç-heçə Ağdam təmsilçisinə pul da qazandırıb.

    Belə ki, UEFA qrup mərhələsində hər qələbəyə görə klublara 1.5 milyon, heç-heçə üçün 500 min avro mükafat verir. Madrid təmsilçisi ilə heç-heçə "Qarabağ"ın 500 min avro əldə etməsi ilə nəticələnib.

    Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinə vəsiqə qazanmaqla digər 31 iştirakçı kimi 12.7 milyon avro qazanmışdı.


    İlk iki oyunda "Çelsi" və "Roma"ya uduzan "Qarabağ" bu dəfə meydandan xalla ayrılıb. Dino Ndlovu 75-ci dəqiqədə meydandan qovulduğundan son 15 dəqiqəni azlıqda keçirən "Qarabağ" Çempionlar Liqasında 3 dəfə final oynayan rəqibi ilə "sülh" bağlayıb - 0:0. Hətta matçın fransalı baş hakimi "Qarabağ"ın penaltisini verməyib, komandamızın əleyhinə bəzi qərarları ilə diqqəti çəkib. Bu "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk xalı olub.

    Çempionlar Liqası

    Qrup mərhələsi

    C qrupu, III tur

    18 oktyabr

    Qarabağ (Azərbaycan) - Atletiko (İspaniya) 0:0


    Qırmızı vərəqə: Dino Ndlovu, 75.

    Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (52. Yakub Jezniçak, 71), 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike (77. Donald Gerye, 69), 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.

    Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarik Elyunussi, 22. Əfran İsmayılov, 90. Ramil Şeydayev.

    Baş məşqçi: Qurban Qurbanov.

    Atletiko: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 7. Antonio Qrizmann, 8. Saul Niqes, 10. Yannik Karrasko (11. Anxel Korrea, 72), 14. Qabi, 16. Şime Vrsalko, 21. Kevin Qameyro (9. Fernando Torres, 72), 22. Nikolas Qaytan (5. Tomas Partey, 64), 24. Xose Mariya Ximenes.

    Ehtiyat oyunçular: 1. Migel Anxel Moyya, 12. Auqusto Fernandes, 15. Stefan Saviç, 19. Lukas Hernandes.

    Baş məşqçi: Dieqo Simeone.

    Sarı vərəqələr: Miçel, 53. Dino Ndlovu, 59.

    Hakimlər: Ruddi Buke, Giyom Debar, Frederik Kano, Bertrand Juann (Fransa).

    Əlavə köməkçi hakimlər: Amauri Deleru, Fransua Leteksie (Fransa).

    Bakı Olimpiya Stadionu.

    "Qarabağ" - "Atletiko" oyunundan videonu təqdim edirik.

    PAYLAŞ:

    Oxşar xəbərlər