Azərbaycanlılara silahlı hücum: Deputatlığa namizəd də güllələnib… – FOTOLAR

Azərbaycanlılara silahlı hücum: Deputatlığa namizəd də güllələnib… – FOTOLAR
  • Hadisə

  • Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.

    Yaralanan şəxs “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovdur.

    Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.

    Məlumata görə, bələdiyyə üzvlüyünə namizədin dostları da güllə yarası alıblar.

    Hazırda Ceyhun Çovdarov, qayınatası Azad Çobanov, digər kənd sakinləri – Vüqar Bayramov, Anar Məmişov və Elmar Hüseynov Marneulidəki xəstəxanadadırlar. Vəziyyəti nisbətən yaxşı olan Anar Məmişov xəstəxanadan evə buraxılıb. Digər yaralıların da vəziyyəti qənaətbəxş qiymətləndirilir.

    Hadisəni törədənlər haqqında məlumat verilmir.

    Qızılhacılı kənd sakinləri bildirib ki, C.Çovdarov xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, kənd yollarının təmir olunmasında, əhalinin içməli su və digər problemlərinin həllində yaxından iştirak edib.

    Gürcüstan DİN faktla bağlı araşdırma aparılır.


    Azərbaycanlılara silahlı hücum: Deputatlığa namizəd də güllələnib… – FOTOLAR
    Azərbaycanlılara silahlı hücum: Deputatlığa namizəd də güllələnib… – FOTOLAR
    Azərbaycanlılara silahlı hücum: Deputatlığa namizəd də güllələnib… – FOTOLAR
    Azərbaycanlılara silahlı hücum: Deputatlığa namizəd də güllələnib… – FOTOLAR
    Azərbaycanlılara silahlı hücum: Deputatlığa namizəd də güllələnib… – FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər