Nazir yeni komandir təyin etdi

Nazir yeni komandir təyin etdi
  • Siyasət / Manşet

  • Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taboruna yeni komandir təyin edilib.

    "Report"un əldə etdiyi məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə vəzifəsindən azad edilən ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin yerinə ədliyyə polkovnik-leytenantı Azad Maşanov təyin olunub.

    A.Maşanov bu vəzifəyə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayından gətirilib. O bu gün nazirliyin rəhbər şəxsləri tərəfindən Konvoy taboruna təqdim edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər