Prezident büdcədən 5,7 milyon manat pul ayırdı

Prezident büdcədən 5,7 milyon manat pul ayırdı
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, on beş min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,7 milyon (beş milyon yeddi yüz min) manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

    Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

    Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər