Qaçan avtoritetlərin tutulması üçün xüsusi postlar quruldu – İKİ ŞƏHƏRDƏ

Qaçan avtoritetlərin tutulması üçün xüsusi postlar quruldu – İKİ ŞƏHƏRDƏ
  • Hadisə

  • Dünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan qaçan 2 məhbusun tutulması istiqamətində işlər davam etdirilir.

    Polis orqanları kriminal aləmə yaxın olan Şirvan sakini Əli Ağami ilə Hacıqabul rayon sakini, “Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması üçün səfərbər olub. Dünən hər iki şəhərdə polis postları qurulub. Əməliyyat-axtarış tədbirləri gücləndirilmiş rejimdə həyata keçirilir.

    Hacıqabul rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, lazım olan bütün tədbirlər həyata keçirilir.

    Qeyd edək ki, hər iki şəxsin yaxınları qeyd edilən şəhərlərdə yaşayır.

    PAYLAŞ:

    Oxşar xəbərlər