İnterpolun axtardığı Rafət Əlibayramlinski “Lotu Quli” ilə görüşdü

İnterpolun axtardığı Rafət Əlibayramlinski “Lotu Quli” ilə görüşdü
  • Hadisə

  • Moskvadakı Azərbaycanlılar “Lotu Quli”nin yolunu səbirsizliklə gözləyirlər.

    Həftənin ikinci günü Moskvanın ticarət meydanları və bazarlarında günün əsas mövzusu 45 yaşlı “qanuni oğru”- kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun həbsdən azad edilməsi olub.

    AzEuroNews.com-un məlumatına görə, bu barədə adının açıqlanmasını istəməyən Moskvadakı azərbaycan diasporasının nümayəndəsi xəbər verib. Onun sözlərinə görə, bazarlarda Nadir Səlifovun gəlişini səbirsizliklə gözləyirlər. Belə ki, 2016-cı ilin avqustunda İstanbulda “qanuni oğru” Rövşən Lənkəranskinin (Rövşən Caniyev) öldürülməsindən sonra dağstanlı kriminal avtoritetlər satıcıları pul tələbləri ilə bezdiriblər.

    Rusiya bazarlarının böyük hissəsini nəzarətdə saxlayan, satıcılar və dövlət strukturları arasında əsas birləşdirici zəncir olan Lənkəranskinin ölümündən sonra meyvə-tərəvəz bazarlarında sakitlik pozulub. Bundan istifadə edən Dağıstan kriminal avtoritetləri ticarətlə məşğul olan və himayəsiz (“krışasız”) qalan azərbaycanlıları məcbur edirlər ki, himayədarlığa görə onlara xərac ödənilməlidir. Razı olmayanları incidir, rahat alver etməyə qoymurlar. İndi ümid edirlər ki, Səlifov bazarları nəzarətə götürəcək. Hazırda İstanbulda olan Səlifov ətraf aləmlə əlaqələrini yalnız telefonla həyata keçirir. Yalnız yaxın ətrafı ilə görüşür.

    Nadir Səlifova yaxınlığı ilə tanınan və İnterpol tərəfindən axtarışda olan Rafət Əlibayramlinskinin də yaxın dostuna baş çəkdiyi bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər