Dünyanın yoxa çıxan 8 ən möhtəşəm şəhəri... (FOTOLAR)

Dünyanın yoxa çıxan 8 ən möhtəşəm şəhəri... (FOTOLAR)
  • Maraqlı / Araşdırma

  • "Time Dergi”nin yazarı olan David Plot dünyadakı ən möhtəşəm 8 qeyb olan şəhərini araşdırıb.

    Onlardan biri "Kabuslar şəhəri”nə çevrilən, Ukrayanın şimalında, Kiyev vilayətində yerləşən Çernobl şəhəridir.

    Məlum Çernobl qəzasından sonra onun ətrafındakı bütün ərazilər insanlar tərəfindən tərk edildi.

    Dünyanın yoxa çıxan 8 ən möhtəşəm şəhəri... (FOTOLAR)

    Qəzadan artıq 30 il ötməsinə baxmayaraq şəhər hələ də tərk edilmiş vəziyyətdədir. Və beləliklə, xarabalığa çevrilmiş şəhərlərdə bir kimsə yaşamır. Buna baxmayaraq şəhərlərdə tursitlər üçün günlük gəzintilər təşkil edilir.

    Dünyanın yoxa çıxan 8 ən möhtəşəm şəhəri... (FOTOLAR)

    Neverinsk

    Bu şəhərin adı tərcümədə "batmayan” deməkdir. Şəhər təxminən 1798-ci ildə kəşf edilib. Lakin şəhər 1953-cü ildə rezervuara çevrildikdən sonra insanlar tərəfindən tərk edilib.

    Dünyanın yoxa çıxan 8 ən möhtəşəm şəhəri... (FOTOLAR)

    Rumıniyanın Geomana qəsəbəsi...

    1977-ci ildə böyük mis mədəni üçün boşaldılıb. Şəhər hazırda 92 metr hündürlüyündə sənayə qalıqlarının altında qalıb. Şəhər öz görüntüsü ilə görənləri mat qoyur. Geomana gözəl və rəsmlər çəkiləsi bir ərazidir.

    Lakin onun çox üzücü hekayəsi var. Onun bu vəziyyətə düşməsinə səbəb "Roşia Poieni” adlı mis mədənidir. Bu mədəndən daşan kimyəvi sular bir müddət sonra bütün qəsəbəni basıb.

    Bununla da ərazinin ekoloji durumu kritik həddə çatıb və qəsəbə hazırda kimyəvi sulardan ibarət qırmızı göldən ibarətdir. Bir zamanlar röyalar qədər gözəl olan, təbiəti göz oxşayan qəsəbə yavaş yavaş mədən suları altında tarixə dönməyə başlayıb.

    Dünyanın yoxa çıxan 8 ən möhtəşəm şəhəri... (FOTOLAR)

    Sakit Okeanda tapılan Mikronezya adalarındakı Nan Madol...

    İnsanlar buranı yüz illər öncə tərk edib. Məlum olub ki, buradakı kiçik adaların inşasına 8-9-cu yüzilliklərdə başladılıb və təxminən 12-13-cü yüzilliklərdə başa çatıb. 92 kiçik adadan ibarət olan Nan Madolda bu günə qədər tarixi əşyalar tapılmaqdadır. Deyilənə görə adanın yaradılmasında 4,5 metr uzunluqda və 250 milyon ton ağırlığında olan sütunlardan istifadə edilib.

    Dünyanın yoxa çıxan 8 ən möhtəşəm şəhəri... (FOTOLAR)

    Türkiyənin Ani şəhəri...

    Bu şəhər yalnız İstanbul və Bağdatın tək rəqib şəhəri olub. 500 il öncə isə ermənilər buranı tərk edib. Geriyə qalan isə onların kilsələridir. Zamanında burada ərəblər, urarturlar, ermənilər hökm sürüblər. Bu baxımdan bu şəhərdə iki dinə aid olan sənət əsərlərini görmək mümkündür.

    Dünyanın yoxa çıxan 8 ən möhtəşəm şəhəri... (FOTOLAR)

    Kenya

    Afrika arxieologiyasında ən möhtəşəm məkanlardan biri. Hətta 600 il öncə burada alafranga tualetləri olub.

    Dünyanın yoxa çıxan 8 ən möhtəşəm şəhəri... (FOTOLAR)

    İtaliyanın Baia qəsəbəsinin qalıqları...

    Bir zamanlar bu qəsəbə Roma İmperatorluğunun Las-Veqası idi. Lakin sonralar insanlar buranı tərk edib. Bu gün turistlər qəsəbədə su altında yaradılan gözəllikləri gəzib, gözə bilirlər.

    Dünyanın yoxa çıxan 8 ən möhtəşəm şəhəri... (FOTOLAR)

    Türkiyənin Antalya şəhərində yerləşən Termessos...


    Bura olimpiya oyunlarının keçirildiyi doğal stadionuna bənzəyir. Şəhər 1000 metr dağın üzərində yaradılıb.

    Böyük İskəndər belə Antaliyaya gəlib, buranı zəbt etmək istəsə də alınmayıb. Lakin şəhər eramızdan 200 il əvvəl su daşıma kanallarını itirdiyindən tərk edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər