Xaçmazda 12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən məktəb direktoru tutuldu

Xaçmazda 12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən məktəb direktoru tutuldu
  • Sosial / Manşet

  • Xaçmaz rayonunda orta məktəbdə 12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən məktəb direktoru saxlanılıb.

    İddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinlərindən aldığımız məlumata görə, oktyabrın 31 də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb.

    Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Kənddə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər.

    Asiya.az report-a istinadən xəbər verir ki, rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasov saxlanılaraq rayon prokurorluğuna gətirilib. O, məktəbin 6-cı sinif şagirdinə qarşı etdiyi seksual hərəkətlərə görə 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb. Hazırda rayon prokurorluğunda olan məktəb direktorunun dindirildiyi bildirilir.

    Baş verən hadisə ilə bağlı məktəbdə təhsil alan şagirdlərin valideynləri direktorun işdən çıxarılması və məktəbli qıza qarşı etdiyi hərəkətlərə görə məsuliyyətə cəlb edilməsi tələbi ilə təhsil ocağına toplaşaraq etiraz aksiyası təşkil ediblər.

    Hadisə yerinə Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini və şöbənin əməkdaşları gəlib.

    Xaçmaz RTŞ-dən verilən məlumata görə, baş verən hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır: "Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".

    19:01

    Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.

    Asiya.az bildirir ki, bu barədə APA-nın yerli bürosuna Xaçmaz rayon təhsil şöbəsinin məsləhətçisi Ağamirzə Əzimov bildirib. O deyib ki, hazırda direktorun vəzifəsini direktor müavini icra edir.

    Məktəb direktoru yeniyetmə şagirdə qarşı seksual hərəkətlər etməkdə günahlandırılır.

    Xaçmaz rayon Prokurorluğundan APA-ya bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir. Məktəb direktorunun məsələ ilə bağlı izahat alınması üçün prokurorluğa çağırılıb.

    Qeyd edək ki, həmin şəxsin 12 yaşlı qız şagirdə qarşı əxlaqsızlıq etdiyi iddia olunur.

    PAYLAŞ:

    Oxşar xəbərlər