SOCAR-ın neft buruğunda faciə: Ölən, yaralanan var

SOCAR-ın neft buruğunda faciə: Ölən, yaralanan var
  • Olay

  • Qaradağ rayonu ərazisində yerləşən Azneft istehsalat birliyinin buruğunda faciə baş verib.

    Asiya.az-ın əldə etdiyi məlumata görə, buruğda boru 52 yaşlı Gözəlov Fikrət Alıkişi və 54 yaşlı Ədilov Cavad Əlibala oğlunun üstünə düşüb.

    Ağır xəsarətlər alan işçilər xəstəxanaya çatdırılıb. Fikrət Gözəlov aldığı xəsarətlərlə xəstəxanada dünyasını dəyişib.

    Digər yaralının vəziyyəti isə orta ağır kimi qiymətləndirib. Faktla əlaqədar araşdırmalar aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər