Neft buruqlarında faciə: dənizə düşən neftçi öldü

Neft buruqlarında faciə: dənizə düşən neftçi öldü
  • Olay

  • Bu gün səhər saatlarında "28 May" NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb.

    Asiya.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub.

    Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər