Lənkəranskinin qardaşının həbs videosu yayıldı

Lənkəranskinin qardaşının həbs videosu yayıldı
  • Mədəniyyət

  • Xəbər verdiyimiz kimi, noyabrın 2-də həbsdən buraxıldıqdan sonra İstanbulda köçən məşhur kriminal avtoritet "Lotu Quli”ni öldürmək üçün gedən Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin və o, cümlədən "Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür” alışveriş mərkəzində saxlanılıb. İddialara görə, killer dəstəsinə öldürülmüş "qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və "Max” ləqəbli Sabri Şirin başçılıq edib.

    Asiya.az xəbər verir ki, İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaqın bəzi detallarını mediaya sızdırıb.

    Xəbərdə bildirilir ki, Namiq Canıyev "Max” ləqəbli Sabri Şirinə qardaşının qatilini öldürmək üçün 5 milyon dollar pul verərkən yaxalanıb.

    Həmin əməliyyatdan görüntüləri sizlərə təqdim edirik:



    PAYLAŞ:

    Oxşar xəbərlər