Nar şirəsinin inanılmaz faydaları

Nar şirəsinin inanılmaz faydaları
  • Maraqlı / Araşdırma

  • Həyat verən sular arasında birinci pillədə dayanan nar suyu kalsium, maqnezium, dəmir və natrium kimi çox əhəmiyyətli minerallarla zəngindir.

    Nar suyunun davamlı istifadəsi cavan, gənc qalmağımızı daha da sürətləndirir. Ən azı gündə 1 stəkan nar suyu içmək məsləhətdir. Amma qanı az olanlar turş nardan istifadə edə bilməz. Şirin nar həm sizi gözəlləşdirib cavan saxlayacaq, həm də qanınızı artıracaq.

    Nar şirəsi içildikdən 48 saat sonra orqanizmə təsir göstərir. Nar qanı antioksidantlarla yaşıl çayla müqayisədə 2-3 dəfə çox artırır. Nar diş xəstəliklərini müalicə edir, həmçinin dərini zərərli təsirlərdən qoruyur.

    Nar şirəsi orqanizmi dəri və prostat xərçəngindən qoruyur, damar tutulması riskini 44 faizə endirir.

    Nar şirəsi immun sistemini gücləndirir, tərkibindəki bəzi maddələr sayəsində xolesterol və şəkəri nizamlayır, ürəyi möhkəmləndirir.

    Nar qabığı ishalın və bağırsaq qurdlarının qarşısını alır, qanlı ishal zamanı istifadə edilir. Meyvəsinin qabığından hazırlanan ekstrakt virusları və mikrobları öldürür. Nar C vitamini, həmçinin dəmir və kalium mineralları baxımından da zəngindir.

    Nar şirəsi хərçəng əleyhinə хassələrə və ürək хəstəliklərinə qarşı faydalı хüsusiyyətlərə də malikdir.

    Həmçinin məlum olduğu kimi, nar şirəsi qanazlığı, nar qabığından və nar pərdələrindən hazırlanmış həlim isə - yanıqlar və mədə pozğunluqları zamanı faydalıdır.

    (Nərmin Həsənli Qaynarinfo.Az)
    PAYLAŞ:

    Oxşar xəbərlər