Azərbaycanlı çempion qızı öldürən şəxsə hökm oxunub

Azərbaycanlı çempion qızı öldürən şəxsə hökm oxunub
  • Olay

  • Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Asiya.az xəbər verrir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ə. Məmmədovun cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.

    Prokuror Ə. Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Ə. Məmmədovun vəkili müdafiə çıxışı edib. Daha sonra son sözlə çıxış edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib.

    Hakimlər hökm elan etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.

    Hökmə əsasən, Ə. Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə bu il iyunun 28-də baş verib. Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla, yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

    R. Məmmədova dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə Azərbaycan çempionu olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər