Dekabrda əfv sərəncamı olacaqmı?

Dekabrda əfv sərəncamı olacaqmı?
  • Siyasət / Manşet

  • Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamının imzalanıb imzalanmayacağı hələ məlum deyil.

    Məsələ ilə bağlı Asiya.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. O, əfvlə bağlı hələ məlumat olmadığını dedi:

    "Hələ məlum deyil. Amma istisna olunmur. Bir qayda olaraq hər il ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə əhv sərəncamı olur. Bu Prezidentin müstəsna konstitusion hüquqi olduğundan əhvin nə zaman olacağını əvvəlcədən söyləmək yanlış olardı."

    Komissiya üzvü həmçinin qeyd edib ki: "Amma Əhv Məsələləri üzrə komissiyanın katibliyi və Prezidentin Administasiyasının Hüqüq, Müdafiə və Təhlükəsizlik məsələləri üzrə şöbənin Əhv Sektoru daim ərizələri qəbul edir və Komissiyanın gələcək iclaslari üçün muvafiq arayışlar hazırlayır."
    PAYLAŞ:

    Oxşar xəbərlər