“Qara qutu”da yatan sirr - Qarakənd faciəsindən 26 il ötdü

“Qara qutu”da yatan sirr - Qarakənd faciəsindən 26 il ötdü
  • Siyasət / Manşet

  • İsgəndər Həmidov: “İstintaq bilavasitə gəlib Rusiyanın üstünə çıxırdı”; “O vaxt nə ermənilərdə, nə də bizdə hava qurğusunu vuran raketlər yox idi”

    1991-ci ilin bu günündə Qarakənd səmasında baş verən dəhşətli vertolyot faciəsindən (terrorundan) 26 il ötür. Azərbaycanın nüfuzlu yüksək vəzifəli ictimai-siyasi xadimlərinin həlak olduğu həmin dəhşətli hadisə ilə bağlı müəmmalar, iddialar isə bitib-tükənmir.

    Qeyd edək ki, həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həyatını itirib.

    Bəlkə də faciə ilə bağlı keçən bu illər ərzində ən sensasion iddialar 1991-ci ilin noyabrında DİN-in Baş Cinayət-Axtarış İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Bayram İsmayılova məxsusdur. Sabiq əməliyyatçı hadisədən dərhal sonra həmin əraziyə yollandıqlarını, ora çatdıqları zaman ilk olaraq rus əsgərlərini gördüklərini bildirərək, meyitlərin bir çoxunun tanınmaz hala düşdüyünü, vertolyotda olan şəxslərin sayından cəsədlərin sayının az olduğunu qeyd edib.

    AXC iqtidarının sabiq daxili işlər naziri İsgəndər Həmidov səslənən iddialara bu cür münasibət sərgilədi: “Həlak olan hər bir dəyərli insana Allahdan rəhmət diləyirəm. Bu, Ayaz Mütəllibov hakimiyyətinə qarşı deyil, Azərbaycanın gələcəkdə müstəqillik proseslərinin ləngidilməsinə, yaxud dayandırılmasına yönəlik bir hadisə idi. Tofiq İsmayılov ”20 Yanvar" faciəsindən sonra SSRİ Ali Sovetinin qurultayında Mixail Qorbaçovu ayaq üstə qaldırdı ki, ölənlər var, anaların göz yaşı qurumayıb. İsmət Qayıbov və digərlərinin də xidmətlərini sadalamaqla bitib-tükənmir. Biz o vaxt Qarakənd faciəsinin istintaqını apardıq. Vertolyotda 47 nəfər olub, amma tapılan sümüklər 10-15 nəfərə məxsus idi. Ona görə də həmin faciə bu gün də Azərbaycanda qaranlıq bir səhifədir. O vaxt nə ermənilərdə, nə də azərbaycanlılar hava qurğusunu vuran raketlər yox idi. Yəqin ki, bu rusların əməli idi. Onların növbəti siyasəti idi ki, SSRİ-ni saxlasınlar. Bu bir fərziyyədir, yüz faiz demək mümkün deyil. Kifayət qədər iş gördük, istintaq materialları ilə mən də tanışam. Zaman açığı yetişmədi ki, hadisənin üstü tam açılsın. O vaxt şayiələr gəzirdi ki, Əsədov və başqaları sağdır. İsmət Qayıbovun həlak olmasını biz bildik, qol tapılmışdı, İsmətin saatı qolunda idi. O istintaq bilavasitə gəlib Rusiyanın üstünə çıxırdı.

    “Qara qutu”da yatan sirr - Qarakənd faciəsindən 26 il ötdü

    O vaxt vertolyot elə günə düşmüşdü ki, kiminsə meyitini ayırd etmək çox çətin idi. Bayram İsmayılovu tanımadığım üçün onun iddiaları ilə bağlı nəsə deyə bilmərəm. Ən yaxşı o hadisə barədə məlumatlı o zaman istintaq qrupunun rəhbəri və şəhər prokuroru olan Adil Ağayevdir. Əvvəldən-axıra qədər o işi Adil Ağayev apardı. Bu insan vertolyotu görəndə ağladı. Çox adam şahid olduğunu deyə bilər. Ola bilsin ki, Bayram müəllimin də dediklərində həqiqətlər olsun. Hələ də məndə şübhələr qalır. Deyirlər ki, kəmərə görə Məhəmməd Əsədovun meyiti müəyyən edilib. Amma meyit yox idi, hamısı parçalanmış ət, sümük parçaları idi. Buna görə də insanı tanımaq çox çətindir. Ən çox şübhə məndə vertolyotda olan 47 nəfər ilə bağlıdır. Çünki o sayda insanın ət, sümük parçaları hadisə yerində yox idi. O cinayətin açılması birbaşa Rusiya ilə bağlıdır.

    “Qara qutu”da yatan sirr - Qarakənd faciəsindən 26 il ötdü

    Çünki Qarakənd ətrafında o vertolyotu vurmağa heç bir raket yox idi. O vaxt dedilər ki, guya avtomat, pulemyotla vertolyot vurulub. Amma vertolyot göydə parçalanmışdı, yerə dəyəndə parça-parça olmamışdı. Tofiq İsmayılov və digərlərinin müqavimət göstərməsinə inanmıram. Çünki hadisə vaxtı uzaqda çoban olub, qoyun otarırmış. O göydə vertolyotun parçalanıb yerə düşdüyünün şahidi olub. Parçalanan vertolyotda sağ adam qala bilməzdi. Gərək faciə ilə bağlı qeyri-müəyyən danışmayaq. Moskvaya aparılan vertolyotun qara qutusu Azərbaycanın bəzi siyasi xadimlərin, oyunbazların vicdanlarında qara ləkədir. Qəza baş verən vaxt komandir bir anlıq izahat verir ki, nədən qəzaya gedirlər, bax bunlar həmin qara qutudadır. Bu baxımdan Rusiya törətmiş olduğu cinayəti sübut edən qara qutudakı faktları üzə heç vaxt çıxarmazdı". (musavat.com)
    PAYLAŞ:

    Oxşar xəbərlər