“Polat Alemdar”ı əvəz edən Lənkəranlı oğlan... (FOTO)

“Polat Alemdar”ı əvəz edən Lənkəranlı oğlan... (FOTO)
  • Sosial

  • Babək Həsənzadə Hollivud filmində rol alan ilk azərbaycanlı aktyordur.

    Asiya.az xəbər verir ki, 2008-ci ildən Türkiyədə, eləcə də xarici ölkələrdə bir çox film və seriallarda həm kaskadyor, həm də aktyor kimi çıxış edib.

    Babək Ayulduz oğlu Həsənzadə 22 fevral 1990-cı ildə Lənkəran şəhərində anadan olub. 1996-2002 illərdə Lənkəran şəhərində Lənkəran xarici dillər gimnaziyasında təhsil alıb.

    2002-2007 illərdə Lənkəranda "Lənkəran Özəl Türk Liseyi"ində təhsilini davam etdirib.

    2007-ci ildə İstanbulda "Fatih Universiteti"nin siyasi-iqtisadi idarəetmə fakültəsinə qəbul olub (İngilis dilində təhsil alıb).

    Uşaqlıqdan idmanın müxtəlif növləri, eləcə də kikboksla məşğul olub. Özünümüdafiə idman növləri üzrə professionallıq dərəcəsi var. Hətta 2008-ci ildə MMA qaydasız döyüş üzrə Azərbaycan birincisi olub.

    Qeyd edək ki, məşhur aktyor "Kurtlar Vadisi Pusu" serialında baş rolun ifaçısı "Polad Alemdar"ın dublyor-kaskadyoru olub.


    “Polat Alemdar”ı əvəz edən Lənkəranlı oğlan... (FOTO)
    “Polat Alemdar”ı əvəz edən Lənkəranlı oğlan... (FOTO)
    “Polat Alemdar”ı əvəz edən Lənkəranlı oğlan... (FOTO)
    “Polat Alemdar”ı əvəz edən Lənkəranlı oğlan... (FOTO)
    “Polat Alemdar”ı əvəz edən Lənkəranlı oğlan... (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər