Prezidentdən növbəti dəyişiklik: Rövnəq Abdullayev, Cavid Qurbanov, İltimas Məmmədov...- SƏRƏNCAM

Prezidentdən növbəti dəyişiklik: Rövnəq Abdullayev, Cavid Qurbanov, İltimas Məmmədov...- SƏRƏNCAM
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, "İltimas Məmmədov - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini" və "İlqar Fəti-zadə - Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini" sözləri çıxarılsın; "Ədalət Vəliyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini" sözlərindən sonra "Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti", "Cavid Qurbanov - "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri" və "Taleh Ziyadov - "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru" sözləri əlavə edilsin; "Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)" sözləri "Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)" sözləri ilə əvəz edilsin.

    Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamda edilən dəyişikliklər barədə Özbəkistan tərəfinə bildiriş göndərsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər