AMEA-nın tikəcəyi yeni binalardan ev almağın ŞƏRTLƏRİ

AMEA-nın tikəcəyi yeni binalardan ev almağın ŞƏRTLƏRİ
  • Sosial

  • Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abşeron rayon Saray qəsəbəsində tikiləcək kooperativ yaşayış evlərindən mənzil almaq üçün qoyulan tələbləri açıqlayıb.

    Asiya.az-ın məlumatına görə, akademiyadan Trend-ə bildiriblər ki, yeni kooperativ yaşayış evləri yalnız AMEA əməkdaşları üçün inşa ediləcək.

    Mənzilin ümumi sahəsinin 1 kvadrat metrinin qiyməti 470 manata qədər olacaq.

    Mənzil almaq üçün bir neçə ödəniş qaydası təklif edilir.

    Şərtlərdən biri budur ki, mənzilin dəyərinin 30%-i ilkin, qalan məbləğ isə 3 ilə veriləcək.

    Mənzilin dəyərinin 20%-nin ilkin, qalan məbləğin 2,5 ilə və mənzilin dəyərinin 10%-nin ilkin, qalanını 2 ilə ödəmək kimi şərtlər də nəzərdə tutulur.
    PAYLAŞ:

    Oxşar xəbərlər