İlham Əliyev Brüsseldə “Şərq tərəfdaşlığı” sammitində

İlham Əliyev Brüsseldə “Şərq tərəfdaşlığı” sammitində
  • Siyasət / Manşet

  • Bu gün Brüsseldə V "Şərq tərəfdaşlığı" sammiti öz işinə başlayıb.

    Asiya.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edir.

    "2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, digər 5 lider iştirakını təsdiqləyib.

    Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.

    Qeyd edək ki, 2009-cu ildən yaradılmış "Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər