Masallıda tanınmış biznesmen avtomobilində öldü

Masallıda tanınmış biznesmen avtomobilində öldü
  • Hadisə

  • Masallıda avtomobil divara çırpılıb.

    Asiya.az lent.az-a istinadən bildirir ki, Masallı şəhərinin mərkəzindəki Nəriman Nərimanov küçəsində "Mercedes" markalı avtomobil sürücünün idarəetməsində çıxaraq yol kənarındakı evin divarına çırpılıb. İlkin araşdırmadan sonra məlum olub ki, avtomobili idarə edən 60 yaşlı kişi ürək tutmasından sükan arxasında vəfat edib. Nəticədə avtomobil idarəetmədən çıxaraq əzaya uğrayıb.

    Ölən sürücünün kimliyi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəfat edən şəxs Kamran Əlməmmədovdur. O, rayonda tanınmış iş adamıdır. “Coca Cola Kamran” kimi tanınan biznesmen “Coca Cola”nın Masallı üzrə satış müdiri və bir neçə restoranın sahibidir. Onun maşında ürək tutmasından vəfat etdiyi deyilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər